RU

Müxtəlif ölkələrin rəsmiləri, qurumları və beynəlxalq təşkilatlar İranın Naxçıvana dron hücumunu pisləyib

İranın Azərbaycan ərazisinə dron hücumu həyata keçirməsi müxtəlif ölkələrin rəsmi şəxsləri və qurumlar, həmçinin beynəlxalq təşkilatlar tərəfindən qınanılıb, məsələ ilə bağlı bəyanatlar yayımlanıb.

Aznews.az 52 ölkə və səkkiz beynəlxalq təşkilatın İranın Naxçıvana dron hücumları ilə bağlı Azərbaycana dəstək mövqeyini təqdim edir:

Ölkə / Qurum

Rəsmi şəxs və qurumların mövqeləri

1

Albaniya

Albaniya Prezidenti Bayram Beqay Prezident İlham Əliyevlə zəng edərək İranın pilotsuz uçuş aparatları ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikasına hücumunu qınadığını bildirib. Baş nazir Edi Rama isə "X" hesabındakı paylaşımında Azərbaycana dəstəyini ifadə edib.

2

Almaniya

Almaniyanın Azərbaycandakı səfirliyinin "X" hesabındakı paylaşımında İranın Naxçıvana dron hücumu pislənib.

3

Amerika Birləşmiş Ştatları

ABŞ Dövlət Departamenti bəyanat yayaraq İranın Azərbaycana qarşı səbəbsiz PUA hücumunu qətiyyətlə pisləyib və qəbuledilməz adlandırıb.

4

Avstriya

Avstriyanın Avropa və beynəlxalq məsələlər üzrə federal naziri Beate Maynl-Rayzinger xarici işlər naziri Ceyhun Bayramova zəng edərək həmrəyliyini bildirib.

5

Belarus

Belarusun Baş naziri Aleksandr Turçin azərbaycanlı həmkarı Əli Əsədovla, xarici işlər naziri Maksim Rıjenkov isə Ceyhun Bayramovla telefon danışığında İranın dron hücumu ilə bağlı narahatlıqlarını dilə gətiriblər.

6

Belçika

Belçika Baş nazirinin müavini, xarici işlər naziri Maksim Prevot İranın Naxçıvana dron hücumu təşkil etməsinə "X" hesabında münasibət bildirib və şiddətlə qınayıb.

7

Bəhreyn

Bəhreyn Xarici İşlər Nazirliyi bəyanat yayaraq İranın həm Azərbaycan, həm də Türkiyəyə hücumlarənə , beynəlxalq hüququn normaların kobud şəkildə pozulması adlandırıb.

8

Birləşmiş Ərəb Əmirlikləri

BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Prezident İlham Əliyevlə telefon danışığı zamanı İranın PUA ilə Azərbaycan ərazisinə hücumunu pisləyib.

9

Bolqarıstan

Bolqarıstan XİN başçısı azərbaycanlı həmkarı Ceyhun Bayramova zəng edərək İranın hücumlarını pisləyib, vəziyyətlə bağlı narahatlığını ifadə edib.

10

Bosniya və Herseqovina

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Jelka Tsviyanoviç Prezident İlham Əliyevə ünvanlandığı məktubda İranın hücumlarını qəbuledilməz adlandıraraq Azərbaycanla həmrəy olduğunu qeyd edib.

11

Böyük Britaniya

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld "X" hesabında etdiyi paylaşımda İranın Naxçıvana dron hücumlarını pisləyib.

12

Çexiya

Çexiyanın Azərbaycandakı səfirliyi də sosial media hesabındakı paylaşımında Naxçıvana qarşı hücumların qəbuledilməz olduğunu bildirib.

13

Efiopiya

Efiopiyanın Baş naziri Abiy Əhməd Əli Prezident İlham Əliyevlə telefon danışığında İranın hava hücumunu qınadığını vurğulayıb.

14

Ermənistan

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Ceyhun Bayramovla telefon danışığında regionda gərginliyin artmasının qarşısını almağın vacibliyini qeyd edib.

15

Estoniya

Estoniyanın xarici işlər naziri Marqus Tsaxna Azərbaycana dəstəyini "X" sosial şəbəkəsində etdiyi paylaşımda bildirib.

16

Əlcəzair

Əlcəzair Xalq Demokratik Respublikasının dövlət naziri, xarici işlər və xaricdəki milli icma və Afrika məsələləri naziri Əhməd Attaf Ceyhun Bayramovla telefon danışığında Azərbaycanla həmrəy olduqlarını deyib.

17

Finlandiya

Finlandiyanın Azərbaycandakı səfirliyi İranın Naxçıvanın mülki hava limanı infrastrukturuna dron hücumlarını qətiyyətlə pisləyib.

18

Fransa

Fransa XİN bəyanat yayaraq Naxçıvan aeroportuna edilən dron hücumunu qətiyyətlə pisləyib.

19

Gürcüstan

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Prezident İlham Əliyevlə, XİN rəhbəri Maka Botçorişvili isə Ceyhun Bayramovla telefon danışığı zamanı İranın hücumlaırnı pisləyiblər.

20

Xorvatiya

Xorvatiyanın xarici işlər naziri Qordan Qrliç-Radman "X" hesabında İranın hücumlarını pisləyərək Azərbaycanla həmrəy olduqlarını bildirib.

21

İordaniya

İordaniyanın XİN başçısı Ayman Əl-Səfadi Ceyhun Bayramovla telefon danışığında regional təhlükəsizliyin qorunmasının vacibliyini vurğulayıb.

22

İspaniya

İspaniya XİN "X" hesabında paylaşım edərək İranın Türkiyə və Azərbaycana qarşı son hücumlarını kəskin şəkildə pisləyib.

23

İsrail

İsrailin XİN rəhbəri Gideon Saar Ceyhun Bayramovla telefon danışığında İranın hücumu qəbuledilməz adlandırıb.

24

İsveç

İsveçin Azərbaycandakı səfirliyi bəyanat yayaraq İranın Naxçıvana dron hücumlarını pisləyib.

25

İtaliya

İtaliyanın Baş nazirinin müavini və XİN rəhbəri Antonio Tayani Ceyhun Bayramovla telefon danışığında baş verən hadisələrlə bağlı narahatlığını ifadə edib.

26

Küveyt

Küveyt XİN İranın Türkiyə və Azərbaycanı hədəf almasını qətiyyətlə pisləyib.

27

Qazaxıstan

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev İranın Naxçıvan şəhərindəki hava limanına pilotsuz uçuş aparatları ilə hücumunu qətiyyətlə pisləyib, Prezident İlham Əliyev ona dəstəyinə görə təşəkkür edib.

28

Qətər

Qətər XİN bəyanat yayaraq Naxçıvan Beynəlxalq Hava Limanının İran PUA-ları ilə hədəfə alınmasını düşmənçilik hərəkəti kimi qiymətləndirib.

29

Qırğızıstan

Qırğızıstanın XİN rəhbəri Ceenbek Kulubayev Ceyhun Bayramovla telefon danışığında Azərbaycan ərazisinə dron hücumlarının narahatlıq doğurduğunu bildirib.

30

Latviya

Избранный
184
6
aznews.az

10Источники