RU

Ramazanın on doqquzuncu gününün – İmsak, iftar vaxtı və duası

Sabah Ramazan ayının on doqquzuncu günüdür.

KONKRET.az xəbər verir ki, Ramazan təqviminə əsasən, martın 9-u Bakıda imsak vaxtı saat 05:36, iftar isə 18:55-ə təyin olunub.

Digər şəhər və rayonlar üçün Bakı vaxtına əlavə edilən dəqiqələr:

Ağdam-Bərdə-Füzuli-Oğuz-Qax-Mingəçevir-Yevlax +11, Ağdaş-Ağcabədi-Beyləqan +10, Ağstafa-Babək-Culfa +18, Astara-Salyan-Şirvan-Qusar-Şabran-Xaçmaz +4, Ağdərə-Balakən-Qubadlı-Xankəndi-Xocalı-Xocavənd-Şuşa +13, Cəlilabad-Saatlı-Sabirabad-Kürdəmir-Şamaxı-İsmayıllı +6, Gəncə-Göygöl-Laçın +14, İmişli-Lerik +7, Kəlbəcər-Daşkəsən-Şəmkir-Zaqatala-Zəngilan +15, Qazax +19, Qəbələ-Göyçay-Ucar-Yardımlı +8, Lənkəran-Masallı-Biləsuvar-Quba +5, Naxçıvan-Şahbuz-Şərur +18, Neftçala-Siyəzən-Qobustan +3, Sumqayıt +1, Şəki-Tərtər-Goranboy-Cəbrayıl +12, Tovuz-Gədəbəy-Ordubad +16, Zərdab +9

İftardan qabaq oxunan dua:

İlahi, Sənin üçün oruc tutdum. Verdiyin ruzi ilə iftarımı açıram və Sənə təvəkkül edirəm. Orucumu qəbul et. Həqiqətən, Sən duaları eşidən və hər şeyi bilənsən. Ey geniş məğfirət sahibi, günahlarımı bağışla!

On doqquzuncu günün duası:

İlahi, bu günün bərəkəti ilə məni bəhrələndir. Xeyirlərə doğru yolumu asanlaşdır. Bu günün ehsanını qəbul etməkdən məni məhrum etmə. Ey aşkar haqq yolunun hidayətçisi!

Allah orucunuzu qəbul eləsin!

Избранный
86
41
konkret.az

10Источники