RU

Müharibə Türkiyə turizminə kölgə salır

Müəllif: Tamara Mustafayeva, Banco.az

Müharibə Türkiyə turizminə kölgə salır.

Banco.azxəbər verir ki, Türkiyənin turizm sektoru 2026-cı ilə 68 milyard dollarlıq gəlir hədəfi və erkən rezervasiyalarda güclü artım tempi ilə başlayıb. Lakin ABŞ və İsrailin İranla müharibəsi İran bazarında tələbin mənfi təsirlənməsinə səbəb olub.

2025-ci ildə 3 milyondan artıq ziyarətçi ilə Türkiyənin ən mühüm bazarlarından biri olan İranda matəm dövrünün elan edilməsi və sərhəd-keçid məntəqələrinin bağlanması Novruz dövründə gözlənilən canlanmanı azaldıb, eyni zamanda ölkənin şərq sərhədində yerləşən vilayətlərdə rezervasiyaların ləğvinə gətirib çıxarıb.

Turizm sektoru 2026-cı ilə yüksək gözləntilərlə daxil olub. “Mədəniyyət və Turizm Nazirliyi”nin 2026-cı il üzrə proqnozlarında turizm gəlirlərinin 68 milyard dollara çatdırılması, artım meylinin davam etməsi, bazar müxtəlifliyinin güclənməsi və bir turistə düşən xərclərin artması nəzərdə tutulur. Sektor nümayəndələri də erkən rezervasiya dövrünə güclü dinamika ilə başlanıldığını vurğulayıblar. Lakin ABŞ–İran xəttində gərginliyin artaraq müharibəyə çevrilməsi xüsusilə erkən rezervasiya dövründə mövcud tarazlıqları dəyişdirib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Избранный
135
1
banco.az

2Источники