RU

“Mançester Yunayted” Tavernyeri istəyir

“Mançester Yunayted” yay transfer pəncərəsi üçün yeni hədəf müəyyənləşdirib.

Fanat.Az xəbər verir ki, “qırmızı şeytanlar” “Bornmut”un yarımmüdafiəçisi Markus Tavernyeri transfer siyahısına daxil edib.

Məlumata görə, İngiltərə klubu 26 yaşlı futbolçunun çıxışından razıdır və onu heyətini gücləndirmək üçün uyğun namizəd hesab edir. “Bornmut” isə oyunçunu təxminən 40 milyon funt sterlinq dəyərində qiymətləndirir.

Tavernyer bu mövsüm Premyer Liqada uğurlu performans göstərib. O, 26 oyunda 6 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Избранный
87
1
fanat.az

2Источники