RU

İran Qadr, Emad və Kheibar Şikan raketlərini işə saldı ANBAAN VİDEO

ain.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İran “Həqiqi vəd – 4” əməliyyatının 28-ci dalğası çərçivəsində Qadr, Emad və Kheibar Şikan tipli ballistik raketlərin buraxıldığını açıqlayıb.Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı İranın rəsmi xəbər agentliyi IRNA yayıb.Məlumata görə, hücum zamanı müxtəlif tipli uzaqmənzilli raketlərdən istifadə olunub.Qadr raketiİran mediasının məlumatına əsasən, Qadr raketi çoxsaylı döyüş başlığı ilə təchiz olunub. Bildirilir ki, raketin döyüş hissəsi 10–20 döyüş blokundan ibarət ola bilər.Emad raketiEmad raketi isə təxminən 750 kiloqramdan 1 tona qədər döyüş başlığı ilə buraxılıb. Bu raket İranın uzunmənzilli ballistik raket sistemlərindən biri hesab olunur.Kheibar Şikan raketiİranın istifadə etdiyi digər raket Kheibar Şikan olub. Bu raket bərk yanacaqlı mühərrikə malikdir, maili buraxılış sistemi ilə işləyir, 1450 kilometrə qədər uçuş məsafəsinə malikdir.Məlumata görə, Kheibar Şikan raketi daha əvvəl həyata keçirilən əməliyyatlarda yüksək dəqiqliklə hədəfləri vurması ilə seçilib və Fattah raketinin sələfi hesab olunur.Regionda gərginliyin artdığı bir vaxtda İranın müxtəlif tipli ballistik raketlərdən istifadə etməsi Yaxın Şərqdə hərbi qarşıdurmanın daha da genişlənə biləcəyi ilə bağlı narahatlıqları artırır.

Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
82
1
bizim.media

2Источники