RU

Hökməlidə kanalizasiya PROBLEMİVİDEO

Qırmızı rəngə boyanmış  kanalizasiya suyu evlərin həyətlərinə axır... Hətta, bəzi yerlərdə evlərin zirzəmilərində yarım metrə qadər çirkab su var...

Xezerxeber.az xəbər verir ki, görüntülər Abşeron rayonunun Hökməli qəsəbəsinin Babək küçəsindəndir.

Sakinlərin iddiasına görə, suya qanın qarışması ət kəsimi məntəqəsindəndir. Kanalizasiya sistemi normal olmadığına görə, ərazidəki xətlər dolaraq daşıb və nəticədə çirkab suları heyvan kəsimindən yaranan qanla qarışaraq evlərin zirzəmilərinə və həyətlərinə dolub.

Məsələ ilə bağlı Abşeron Rayon Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin baş mühəndisi Ramil İbadov “Xəzər Xəbər”ə bildirib ki,  ərazidə mövcud kanalizasiya xətləri vaxtilə kustar üsullarla çəkilib və artıq istismar müddətini başa vurub. Kənd ərazisində fəaliyyət göstərən üç ədəd heyvan kəsim məntəqəsi də problemin yaranmasına səbəb olan əsas amillərdəndir. Belə ki, həmin məntəqələrdə kəsilən heyvanların qanı və digər tullantıları birbaşa kanalizasiya sisteminə axıdılır. Nəticədə kanalizasiya xətlərində tutulmalar yaranır və çirkab suların daşması kimi hallara gətirib çıxarır. Sözügedən ərazidə kanalizasiya sisteminə xidmət növbəli şəkildə həyata keçirilir və Babək küçəsində yaranmış problem də qısa müddət ərzində aradan qaldırılacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Избранный
160
1
xezerxeber.az

2Источники