Türkiyə Super Liqasında XXV turun oyunları davam edir.
Apasport.az xəbər verir ki, günün son matçı İstanbulda baş tutub.
“Fənərbaxça” öz meydanında “Samsunspor”u qəbul edib. Gərgin keçən görüşün ilk hissəsi qonaqların 2:1 hesablı üstünlüyü ilə yekunlaşıb. Fasilədən sonra hücumlarının sayını artıran “sarı-lacivərdlilər” Dorgeles Nene və Sidiki Şerifin vurduğu qollar sayəsində 3:2 hesablı qələbə qazanıblar.
Qeyd edək ki, turnir cədvəlinə 61 xalla “Qalatasaray” başçılıq edir. Aktivində 57 xal olan “Fənərbaxça” ikinci, 51 xala malik “Trabzonspor” isə ilk üçlüyü tamamlayır.
“Qalatasaray” 10 nəfərlə “Beşiktaş”ı devirdi
La Liqa: “Real” “Selta” səfərindən 3 xalla qayıdır
A Seriyası: “Napoli” turu qələbə ilə başa vurdu
Bundesliqa: “Bavariya”dan darmadağın
Premyer Liqa: XXIX tura yekun vurulub