İranın mərhum Ali Lideri Seyid Əli Xameneinin oğlu Müctəba Xamenei onun varisi seçilib.Bu barədə Ayətullah Hüseynəli Eşkevari məlumat verib.
O, bildirib ki, Xameneinin adı davam edəcək.
Ekspertlər Şurasının katibi Hüseyni Buşehri də məlumatı təsdiq edib.
***
İranın Ekspertlər Şurası İslam Respublikasının ali rəhbərinin seçimi ilə bağlı konsensus əldə edib.Bu barədə Şuranın üzvü Məhəmməd-Mehdi Mirbağeri bildirib.
O, qeyd edib ki, ruhani orqan namizəd üzrə ümumi razılığa gəlsə də, proseslə bağlı bəzi maneələr həll edilməli olaraq qalır.
Daxili mənbələrin məlumatına görə, məclis artıq Əli Xameneinin oğlu Müctəba Xameneini varis kimi seçib, lakin qərarın necə və nə vaxt açıqlanacağı ilə bağlı fikir ayrılığı davam edir.
***
İran 24 saat ərzində yeni ali lider seçəcək. Bu barədə İranın dövlət kanalı məlumat yayıb.