RU

İrandan fevralın 28 dən bu günədək Azərbaycana 1 899 nəfər təxliyə olunub

ain.az xəbər verir, Hurriyyet saytına əsaslanaraq.

Fevralın 28-i saat 8:00-dan martın 8-i saat 18:00-dək İrandan Azərbaycana ümumilikdə 1 899 nəfər təxliyə olunub.

"Report"un Cənub bürosunun məlumatına görə, təxliyə olunanların 314 nəfəri Azərbaycan vətəndaşıdır.

Eyni zamanda 538 Çin, 290 Rusiya, 173 Tacikistan, 123 Pakistan, 57 Oman, 44 İtaliya, 32 İndoneziya, 26 İspaniya, 26 İran, 18 Səudiyyə Ərəbistanı, 17 Yaponiya, 16 Fransa, 14 Almaniya, 13 Gürcüstan, 12 Özbəkistan, 10 Bolqarıstan, 10 Konqo Demokratik Respublikası, 10 Nigeriya, 8 Braziliya, 8 Böyük Britaniya, 8 Qazaxıstan, 7 Belarus, 6 BƏƏ, 6 Slovakiya, 6 Kanada, 5 Serbiya, 5 Əfqanıstan, 5 Çexiya, 5 İsveçrə, 5 Avstriya, 4 Bəhreyn, 4 İordaniya, 4 Şri-Lanka, 4 Ukrayna, 4 Türkiyə, 4 Macarıstan, 4 Belçika, 4 Küveyt, 3 Filippin, 3 Qətər, 3 Meksika, 3 Finlandiya, 3 Rumıniya, 3 Xorvatiya, 4 Banqladeş, 2 Nepal, 2 Livan, 2 Yəmən, 2 Qırğızıstan, 2 Sudan, 2 Hindistan, 2 Kipr vətəndaşı, 1 Polşa, 1 Tunis, 1 Cənubi Afrika Respublikası, 1 Maldiv adaları, 1 Myanma, 1 Kuba, habelə İsveç, Vatikan, Argentina, Bosniya və Herseqovina, Latviya, Misir və ABŞ-dən hər biri 1 nəfər olmaqla xarici vətəndaş Azərbaycana təxliyə olunub.

Qeyd edək ki, onların arasında diplomatik nümayəndəliklərin əməkdaşları da var.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
101
49
hurriyyet.az

10Источники