RU

Cüdoçularımız Linz Qran-Prisini 4 medalla başa vurub

Avstriyanın Linz şəhərində keçirilən cüdo üzrə Qran-Pri turniri başa çatıb.

Apasport.az xəbər verir ki, Azərbaycan beynəlxalq yarışı 4 medalla tamamlayıb. 

Mübarizənin son günündə Camal Qamzatxanov bürünc mükafata yiyələnib. +100 kq çəki dərəcəsində çıxış edən cüdoçumuz üçüncü yer uğrunda qarşılaşmada Gürcüstan təmsilçisi İrakli Demetraşvili üzərində əzmkar qələbə qazanıb. 

Xatırladaq ki, daha əvvəl Ruslan Paşayev (-66 kq) qızıl, Vüsal Qələndərzadə (-81 kq) gümüş, Ömər Rəcəbli (-81 kq) isə bürünc medala yiyələnmişdi. 

Yekunda 1 qızıl, 1 gümüş və 2 bürünc medal əldə edən milli komandamız 59 ölkə arasında ümumi hesabda üçüncü, kişilərin yarışında isə birinci yeri tutub.

Cüdo üzrə kişilər arasında Liqa yarışının I turu keçirilib - FOTO

Yeni cüdo zalı fəaliyyətə başlayıb

Avropa Kubokunda 22 cüdoçumuz iştirak edəcək

Cüdoçularımızın Daşkənd Qran-Prisindəki rəqibləri bəlli olub

Abşeronda kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib

Избранный
107
11
apasport.az

10Источники