RU

“Fənərbağça”dan möhtəşəm geridönüş

Futbol üzrə Türkiyə Superliqasında XXV turun daha 4 oyunu baş tutub.

Publika.az xəbər verir ki, "Fənərbağça" öz meydanında "Samsunspor" üzərində əzmkar qələbə qazanıb - 3:2.

İlk hissədən sonra 1:2 hesabı ilə geridə olan İstanbul təmsilçisi nəticəni öz xeyrinə dəyişə bilib. Əvvəlcə 90-cı dəqiqədə Dorjeles Nene tarazlığı bərpa edib - 2:2. Son nöqtəni isə əsas vaxta əlavə olunmuş 5-ci dəqiqədə Sıdıkı Şerif qoyub.

Bu nəticədən sonra xallarını 57-yə çatdıran "Fənərbağça" 2-ci pillədə qərarlaşıb. "Sarı-lacivərdlilər" lider "Qalatasaray"dan 4 xal geri qalır.

Избранный
84
5
publika.az

7Источники