RU

Ter-Petrosyan Rusiyanın adamını açıq müdafiə etdi

Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan parlament seçkiləri fonunda maraqlı açıqlama ilə çıxış edib.

Musavat.com xəbər verir ki, sabiq prezident sosial şəbəkədə yazdığı paylaşımda Qərbin erməni iş adamı Samvel Karapetyanın seçkilərdə qələbə qazanmasına mane olmağa çalışa biləcəyini iddia edib. Onun sözlərinə görə, Qərb Karapetyanın mümkün qələbəsini Rusiyanın Ermənistandakı təsirinin artması kimi qiymətləndirəcək və bu ssenari onların planlarına uyğun deyil.

Ter-Petrosyan bildirib ki, bəzi Qərb ölkələri hakimiyyətin formalaşdırılmasının yalnız erməni xalqının hüququ olduğunu nəzərə almırlar.

Sabiq prezident həmçinin Ermənistanın təbii müttəfiqlərinin uzaq Qərb dövlətləri deyil, region ölkələri olduğunu vurğulayıb. Onun sözlərinə görə, Ermənistan üçün əsas tərəfdaşlar Rusiya, Gürcüstan və İran hesab olunur.

Ter-Petrosyan əlavə edib ki, Çin və Hindistanla əməkdaşlıq da Ermənistan üçün perspektivli istiqamətlərdən biri kimi qiymətləndirilə bilər.

Qeyd edək ki, Levon Ter-Petrosyan daha əvvəl Samvel Karapetyanın Ermənistan müxalifətini birləşdirə biləcək əsas fiqurlardan biri olduğunu bildirmişdi.

 

Musavat.com

Избранный
117
44
musavat.com

10Источники