RU

Tək yemək olmur, qatıqla dada gəlir Sümükləri bərkidir

ain.az, Demokrat.az saytına istinadən bildirir.

Sümüklərin və oynaqların sağlamlığını qorumaq üçün bahalı dərmanlar axtarmağa ehtiyac qalmır. Bir çox mütəxəssis gündəlik rasiona edilən çox kiçik dəyişikliklərin orqanizmə böyük təsir göstərdiyini bildirir. Qatıq və üyüdülmüş kətan toxumunun qarışığı məhz bu sadə, lakin güclü vasitələrdən biri kimi tanınır.Demokrat.az-ın məlumatına görə qatıq kalsium və yüksək keyfiyyətli proteinlə zəngin olduğu üçün skelet sisteminin təməl daşını möhkəmləndirir. Kalsium sümük sıxlığının qorunmasında və itirilməsinin qarşısının alınmasında həlledici rol oynayır. Protein isə sümükləri əhatə edən əzələ kütləsini dəstəkləyərək oynaqların üzərinə düşən fiziki ağırlığı azaldır.Kətan toxumu bu prosesə iltihab əleyhinə təsir edən omeqa-3 yağ turşuları ilə dəstək verir. Diz və digər oynaqlarda yaranan ağrıların bir çoxu məhz toxuma daxili iltihablanmadan qaynaqlanır. Kətan toxumu bu iltihab prosesini zəiflətməklə hərəkətliliyi artırır. Lifli quruluşu sayəsində həzm sistemini nizamda saxlayaraq maddələr mübadiləsini sürətləndirməsi də əlavə üstünlükdür.Bir kasa qatıqla bir yemək qaşığı üyüdülmüş kətan toxumunu qarışdırmaq sümüklər üçün gücə çevrilir. Bu qarışığı hazırlayarkən kətan toxumunun təzə üyüdülmüş olması vacibdir. Bütün faydalarına baxmayaraq xüsusi xroniki xəstəliyi olanlar və ya mütəmadi dərman qəbul edənlər bu qida vərdişinə başlamazdan əvvəl öz həkimi ilə məsləhətləşməlidir.İsmayıl

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
140
demokrat.az

1Источники