RU

Azərbaycan ərazisinə dron hücumu nə ilə nəticələnək? VİDEO

ain.az bildirir, Oxu.az portalına istinadən.

ABŞ-İran qarşıdurmasının hərbi mərhələyə keçməsinin təsiri altında İran dövləti müharibənin əhatə dairəsini genişləndirəcək addımlar atmağa başlayıb. Azərbaycan ərazisinə PUA hücumu regionda eskalasiya risklərini bir qədər də artırır.

Oxu.Az xəbər verir ki, bu barədə AzTV-nin videomaterialında məlumat verilib.

Azərbaycan ərazisinə dron hücumu nə ilə nəticələnək? - VİDEO

Ekspertlər xəbərdarlıq edirlər ki, Tehranın məlum səhvi nəinki gərginliyi azaltmayacaq, üstəlik regional sülh üçün yaranmış imkanlara zərbə vuracaq. Nəticədə İran regional layihələrin reallaşmasına mane olan qüvvə kimi meydanda tək qalacaq.

Amerikalı siyasi şərhçi Zöhrab Sübhani məsələni belə şərh edib: "İranın ali lideri Xameneininin ölümündən sonra dünyada İran səfirliyinə gedərək başsağlığı verən yeganə dövlət başçısı məhz Azərbaycan Prezidenti İlham Əliyev olub. Bu onun mövqeyinin və Azərbaycanın xarici siyasətinin səmimiliyini göstərir. Prezident Əliyev müstəqillikdən, dostluqdan və qardaş münasibətlərindən danışanda bunun arxasında real siyasi iradə dayanır. Lakin bundan cəmi bir gün sonra İran rejiminin Azərbaycanın Naxçıvan bölgəsinə hücumu baş verdi. İranın Azərbaycanla normal münasibətlərdən danışması fonunda bu hadisələr suallar yaradır. Çünki baş verənlər Tehran tərəfindən səsləndirilən bəyanatların nə dərəcədə səmimi və real olduğunu ciddi şəkildə müzakirə mövzusuna çevirir".

Digər bir amerikalı siyasi şərhçi Coni Mur baş verənlərlə bağlı bildirib: "Azərbaycana yönəlmiş pilotsuz uçuş aparatının zərbəsi ABŞ prezidentinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında hazırlanan sülh planının tərkib hissəsi kimi formalaşdırılan Tramp sülh dəhlizinin tam mərkəzinə düşüb. Dronun qonşu ölkə Azərbaycan ərazisinə atılmasını son dərəcə düşünülməmiş və ağılsız addım kimi dəyərləndirirəm. Bu addim təkcə Azərbaycana qarşı yönəlmiş hücum kimi deyil, eyni zamanda sülh planının mərkəzində yerləşən marşruta zərbə kimi qiymətləndirilməlidir".

ABŞ-nin İrana qarşı keçirdiyi hərbi zərbələr Vaşinqtonun bu ölkənin regiondakı təsir imkanlarını məhdudlaşdırmaq niyyətini açıq şəkildə ortaya qoyur. Rəsmi açıqlamalarda məqsəd təhlükəsizlik risklərinin azaldılması kimi təqdim edilir. Lakin proses Yaxın Şərqdə mövcud güc balansına birbaşa təsir göstərə biləcək mərhələ kimi qiymətləndirilir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
158
1
oxu.az

2Источники