RU

Qolf, telefon zəngləri və gizli görüşlər: Tramp İran savaşına belə razı salındı

ABŞ-də İrana qarşı mümkün hərbi əməliyyatlarla bağlı yeni detal üzə çıxıb.

Musavat.com xəbər verir ki, The Wall Street Journal nəşrinin məlumatına görə, respublikaçı senator Lindsey Qraham uzun müddət ABŞ Prezidenti Donald Trampı İrana qarşı zərbələr endirməyə razı salmağa çalışıb.

Nəşrin yazdığına görə, Qrem bu ideyanı aylar boyu lobbi edib. Senator Trampı təkcə rəsmi görüşlərdə deyil, həm də telefon danışığı zamanı və hətta birlikdə oynadıqları qolf oyunları zamanı İrana qarşı hərbi addımların zəruriliyinə inandırmağa çalışıb. O, hücum ideyasını Tramp üçün “tarixi fürsət” kimi təqdim edib.

Məqalədə qeyd olunur ki, Ağ Ev daxilində bəzi siyasətçilər – xüsusilə daha izolyasionist mövqedə olan fiqurlar – İranla bağlı eskalasiyaya qarşı çıxırdı. Lakin Vaşinqtonda sərt xətt tərəfdarı sayılan “şahinlər”in artan təzyiqi nəticədə ABŞ administrasiyasının mövqeyinə təsir göstərib.

WSJ yazır ki, bu lobbiçilik kampaniyası Vaşinqtonun Tehranla bağlı siyasətinin sərtləşməsində və Trampın İran məsələsində daha qəti mövqeyə yaxınlaşmasında mühüm rol oynayıb.

 

Musavat.com

Избранный
166
musavat.com

1Источники