RU

Ramazan ayının on doqquzuncu gününün DUASI – İmsak və iftar vaxtı

Sabah Ramazan ayının on doqquzuncu günüdür. Ramazan təqviminə əsasən imsak vaxtı saat 05:36-da, iftar vaxtı saat 18:55-dir.

NOCOMMENT.az Qafqaz Müsəlmanları İdarəsinə istinadən Ramazan ayının on doqquzuncu gününün iftar duasını təqdim edir:

On doqquzuncu günün duası:

“Allahummə vəffir fihi həzzi min bərəkatih. Və səhhil səbili ila xeyratih. Və la təhrimni qəbulə həsənatih. Ya hadiyən iləl-həqqil-mubin”.

Tərcüməsi:

“İlahi, bu günün bərəkəti ilə məni bəhrələndir! Xeyirliklərə doğru yolumu hamarla! Bu günün ehsanını qəbul etməkdən məni məhrum etmə! Ey aşkar haqq yolunun hidayətçisi”.

İftar duası: 

“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli”.

Tərcüməsi:

“İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”

Allah orucunuzu qəbul etsin!

Избранный
93
16
nocomment.az

10Источники