RU

Dünyada son beş ildə silah ticarətinin həcmi 9,2 faiz artıb

Bakı. Trend:

2021–2025-ci illər ərzində dövlətlər arasında əsas silahnövlərinin ixrac və idxal göstəriciləri 2016–2020-ci illərləmüqayisədə 9,2 faiz yüksəlib.

Trend xəbər verir ki, buməlumat “Stockholm International Peace Research Institute” (SIPRI)tərəfindən yayımlanan qlobal silah ticarətinə dair yeni hesabatdayer alıb.

Silah alışını üç dəfədən çox artıran Avropa ölkələri bu sahədəən iri alıcı regiona çevrilib.

Dünyanın ən böyük silah tədarükçüsü sayılan ABŞ-ın ümumi ixracı27 faiz artıb. Bu ölkənin Avropa istiqamətində silah ixracı isə 217faiz yüksəlib.

Hesabata əsasən, qlobal silah axınındakı bu artım 2011–2015-ciillərdən bəri qeydə alınan ən yüksək göstəricidir.

Artımın əsas səbəblərindən biri Ukrayna və digər Avropaölkələrinə silah tədarükünün çoxalmasıdır. Belə ki, 2021–2025-ciillərdə Ukraynanın payı ümumi həcmin 9,7 faizini təşkil edib.

Sənəddə qeyd olunur ki, Avropa və ABŞ istisna olmaqla, dünyanındigər bütün regionlarında silah idxalı azalma tendensiyasıgöstərib.

2021–2025-ci illərdə əsas silah növlərinin ən böyük beşixracatçısı ABŞ, Fransa, Rusiya, Almaniya və Çin olub.

Həmin dövrdə ən iri beş alıcı ölkə isə Ukrayna, Hindistan,Səudiyyə Ərəbistanı, Qətər və Pakistan hesab olunur.

Избранный
115
6
az.trend.az

10Источники