İlahi qoruma 4 bürc üçün aktivləşir.
KONKRET.az-ın xəbərinə görə, bu barədə türk astroloq Merve Şentürk məlumat verib.
Astroloqun sözlərinə görə, bu 4 bürc 13 martdan sonra quş kimi yüngülləşəcək. Hətta, bu bürclərin ətrafında olan insanlara da bolluq-bərəkət gələcək. Şansınız və qismətiniz bir anda açılacaq. Güclü bir dönəmə girəcəksiniz. İllərdir olmayan şeylər bir gündə gerçəkləşəcək. İlahi sistem sizi daha yaxşı yerlərə hazırlayacaq. Sevgi, münasibətlər, karyera ilə bağlı çətinlik çəkdiyiniz məsələləri bir kənara qoyacaqsınız. Əmək verdiyiniz hər mövzuda onun qarşılığını alacaqsınız.
Bu şanslı bürclər Xərçəng, Əqrəb, Balıqlar və Oğlaqlar olacaq.
“Göy üzü sizləri pisliklərdən qoruyacaq”, – deyə astroloq sonda qeyd edib.
Dəniz Pənahova
KONKRET.az