RU

Dünya çempionunun aqibəti necə olacaq?

Manuel Noyerin aqibəti hələ ki məlum deyil.

"Football-plus.az" xəbər verir ki, “Bavariya”nın qapıçısı Manuel Noyer bundesliqanın 25-ci turunun “Borussiya” (Münhenqladbax) ilə matçında (4:1) zədələnib.

Klubun yaydığı məlumata görə, 39 yaşlı qolkiperin sol baldır əzələsində kiçik yırtıq aşkarlanıb. Bu səbəbdən dünya çempionu fasilədə əvəzlənməli olub. Münhen təmsilçisi dünya çempionunun müvəqqəti olaraq sıradan çıxdığını təsdiqləsə də, onun yaşıl meydanlara nə vaxt qayıdacağı barədə dəqiq vaxt açıqlamayıb.

Cari mövsümdə “Bavariya”nın heyətində bütün turnirlərdə 29 oyuna çıxan Noyer 10 matçda qapısını toxunulmaz saxlayıb.

Избранный
94
football-plus.az

1Источники