RU

Rihannanın malikanəsi gülləbaran edildi

Los-Anceles polisi ABŞ-li məşhur müğənni Rihannanın Beverli-Hillzdəki evinə atəş açmaqda şübhəli bilinən 30 yaşlı qadını həbs edib.

NOCOMMENT.az xəbər verir ki, məlumat “Los Angeles Times” qəzetinə istinadən yayımlanıb.

Hadisə zamanı qadın maşından ulduz sənətçinin evinə təxminən 10 atəş açıb, güllələr malikanənin divarına dəyib. Evdə olan Rihanna isə xəsarət almayıb. Hüquq-mühafizə orqanları hadisə zamanı xəsarət alan olmadığını bildirir.

Hücum edən şəxsin motivləri hələ məlum deyil.

Избранный
66
3
nocomment.az

4Источники