RU

ABŞ-nin müdafiə naziri İranda məktəbə endirilən zərbə ilə bağlı danışdı: “Araşdırma davam edir”

ABŞ-nin müdafiə naziri Pit Heqset müzakirələrə səbəb olan İranda məktəbə endirilmiş zərbə ilə bağlı açıqlama verib.

NOCOMMENT.az xəbər verir ki, o, İran qüvvələrindən fərqli olaraq, ABŞ-njn mülki obyektləri hədəf almadığını bildirib.

Nazir hadisə ilə bağlı ABŞ tərəfinin mümkün iştirakı barədə yayılan iddialara münasibət bildirərkən hazırda araşdırmanın davam etdiyini deyib. “Biz yoxlamaları davam etdiririk və hazırda deyə biləcəyim yalnız budur”, — deyə o qeyd edib.

Bundan əvvəl ABŞ-nin CBS News telekanalı öz mənbələrinə istinadən xəbər vermişdi ki, ABŞ Silahlı Qüvvələri köhnəlmiş kəşfiyyat məlumatlarına görə İranın cənubunda yerləşən qızlar məktəbinə zərbə endirmiş ola bilər.

Sara
NOCOMMENT.az

Избранный
127
50
nocomment.az

10Источники