Bəhreynin paytaxtı Manamada ABŞ istehsalı olan "Patriot" hava hücumundan müdafiə sistemi (PVO) səhvən yaşayış binalarını vurub.
Publika.az xəbər verir ki, bu barədə İraqın "Rudaw" telekanalı məlumat yayıb.
Telekanalın yaydığı görüntülərdə "Patriot" raketinin atıldıqdan sonra naməlum səbəbdən kəskin şəkildə yerə düşərək yaşayış binalarına çırpıldığı əks olunub.
“Güman olunur ki, raketi səhvən binaya düşüb və nəticədə bir neçə nəfər xəsarət alıb”, - deyə məlumatda qeyd olunub.
Bəhreyn Səhiyyə Nazirliyinin verdiyi məlumatda isə bildirilir ki, bazar ertəsi gecəsi Sitra bölgəsində baş verən hadisə zamanı 32 nəfər yaralanıb, onlardan dördü ağır vəziyyətdədir.