Bakı. Trend:
Ötən gecə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefonxəttinə güclü yağıntılar səbəbindən Xızı rayonunun Fındığan kəndiyaxınlığında dağlıq ərazidə 3 nəfərin avtomobildə köməksizvəziyyətdə qalması barədə məlumat daxil olub.
Bu barədə Trend-ə FHN-dən məlumat verilib.
Bildirilir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət YanğındanMühafizə Xidmətinin Siyəzən Rayon Yanğından Mühafizə Hissəsininyanğınsöndürən-xilasediciləri çağırış üzrə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olubki, içərisində 3 nəfər xarici ölkə vətəndaşının olduğu “ToyotaPrado” markalı minik avtomobili yoldan çıxıb palçıqda batıb vəvətəndaşlar köməksiz vəziyyətdə qalıb.
Xilasedicilər xüsusi təyinatlı nəqliyyat vasitəsilə vətəndaşlarıtəhlükəsiz əraziyə təxliyə ediblər.