RU

Paytaxtda daha 5 kəsişmədə svetoforlara velosiped bölmələri quraşdırılıb

Bakı. Trend:

Paytaxtda velosipedçilərin təhlükəsizliyinin təmin edilməsi vəmikromobilliyin inkişafı istiqamətində tədbirlər davam etdirilir.Bu məqsədlə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzitərəfindən daha 5 kəsişmədə svetoforlara yeni nəsil velosipedbölmələri quraşdırılıb.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuatxidmətindən məlumat yayıb.

Bildirilir ki, velosiped bölmələri Nərimanov rayonu, Xətaiprospektinin Əbdüləzəl Dəmirçizadə, Əhməd bəy Ağaoğlu, Əliağa Vahidvə Neymət Quliyev küçələri ilə kəsişmələrində, həmçinin Yasamalrayonu, Cəfər Cabbarlı küçəsi ilə Məhəmməd Naxçıvani küçəsininkəsişməsində quraşdırılıb.

Ümumilikdə bu kəsişmələrdəki svetoforlara 14 velosiped bölməsiəlavə edilib. LED işıqlandırma ilə təchiz olunan yeni nəsilbölmələr velosipedçilərin yollarda daha təhlükəsiz və rahat hərəkətetməsinə imkan yaradır.

Qeyd edək ki, indiyədək paytaxt yollarında yerləşən 54yolayrıcındakı svetoforlara 136 ədəd velosiped bölməsiquraşdırılaraq istifadəyə verilib. Bu istiqamətdə işlər davametdirilir.

Избранный
87
9
az.trend.az

10Источники