RU

Dualar oxundu, namazlar qılındı İlk Qədr gecəsindən FOTOREPORTAJ

Oxu.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Martın 8-dən 9-na keçən gecə ehtimal edilən ilk Qədr gecəsində inanc sahibi insanlar Təzəpir məscidində ibadətlərini yerinə yetirmək üçün bir araya gəliblər.

Oxu.Az PhotoStock.az-a istinadən xəbər verir ki, müqəddəs gecədə möminlər namaz qılır, Qurani-Kərim oxuyur, dualar edir və Allahdan bağışlanma diləyirlər.

İslam dünyasında ən fəzilətli və mübarək gecələrindən hesab olunan Qədr gecəsi Allahın kitabı Qurani-Kərimin nazil olmağa başladığı vaxt kimi qəbul edilir.

İslam inancına görə, ilk vəhy məhz bu gecə İslam peyğəmbəri Məhəmməd peyğəmbərə (s.) çatdırılıb.

Qurani-Kərim isə sonrakı illər ərzində - ümumilikdə 23 il müddətində hissə-hissə nazil olunaraq tamamlanıb.

Təzəpir məscidində baş tutan ehtimal edilən ilk Qədr gecəsindən fotoreportajı təqdim edirik:

Daha çox foto burada: PhotoStock.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
97
1
oxu.az

2Источники