Martın 8-dən 9-na keçən gecə ehtimal edilən ilk Qədr gecəsində inanc sahibi insanlar Təzəpir məscidində ibadətlərini yerinə yetirmək üçün bir araya gəliblər.
Far.Az PhotoStock.az-a istinadən xəbər verir ki, müqəddəs gecədə möminlər namaz qılır, Qurani-Kərim oxuyur, dualar edir və Allahdan bağışlanma diləyirlər.
İslam dünyasında ən fəzilətli və mübarək gecələrindən hesab olunan Qədr gecəsi Allahın kitabı Qurani-Kərimin nazil olmağa başladığı vaxt kimi qəbul edilir.
İslam inancına görə, ilk vəhy məhz bu gecə İslam peyğəmbəri Məhəmməd peyğəmbərə (s.) çatdırılıb.
Qurani-Kərim isə sonrakı illər ərzində - ümumilikdə 23 il müddətində hissə-hissə nazil olunaraq tamamlanıb.
Təzəpir məscidində baş tutan ehtimal edilən ilk Qədr gecəsindən fotoreportajı təqdim edirik: