Narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə Bakıda keçirilən növbəti tədbirlər zamanı Fərid Əhmədov, tanışı Pünhan Cəlilov, Taleh Sadıqov və Ruslan Hüseynli saxlanılıblar.DİN-dən BUTA.TV-a verilən məlumata görə, onlardan ümumilikdə 43 kiloqram 500 qram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb. Saxlanılanların narkotikləri pul qazanmaq məqsədilə müxtəlif ünvanlara yerləşdirməyi planlaşdırdıqları məlum olub.