RU

Tramp Xameneinin seçilməsindən danışdı “Görəcəyik nə olacaq...

Azpolitika.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

ABŞ Prezidenti Donald Tramp İranın yeni Ali Lideri postuna Müctəba Xameneinin təyin olunmasından narazıdır.

“AzPolitika” xəbər verir ki, Tramp "The Times of Israel" qəzetinə verdiyi müsahibədə Xameneinin oğlunun təyinatı ilə bağlı "görəcəyik nə olacaq" ifadəsini işlədib.

Daha əvvəl Tramp “ABC News”-a verdiyi açıqlamada İranın növbəti liderinin Vaşinqtonun təsdiqini almadığı təqdirdə "uzun müddət hakimiyyətdə qalmayacağını" deyib.

“Fox News”-un aparıcısı Brayan Kilmid isə ABŞ Prezidenti ilə danışdığını və Trampın ona yeni İran başçısını nəzərdə tutaraq, "mən bundan məmnun deyiləm" deyildiyini bildirib. Kilmid əlavə təfərrüatlar verməyib.

Xatırladaq ki, martın 8-də İranın Ekspertlər Şurası ABŞ-İsrail əməliyyatında öldürülən Əli Xameneinin oğlu Müctəba Xameneini Ali Rəhbər təyin etmək qərarına gəlib.

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
90
azpolitika.info

1Источники