RU

Türkiyə parlamenti İran məsələsinə görə toplanır

Turkstan.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Türkiyə Böyük Millət Məclisində (TBMM) Yaxın Şərqdə artan gərginlik və İran ətrafında baş verən hadisələrlə bağlı deputatların məlumatlandırılması üçün xüsusi iclas keçirəcək.

Turkustan.az Türkiyə mediasına istinadən xəbər verir ki, xarici işlər naziri Hakan Fidan və milli müdafiə naziri Yaşar Güler martın 10-da parlamentin plenar iclasında ABŞ və İsrailin İrana qarşı hücumları, münaqişənin genişlənmə ehtimalı və regiondakı təhlükəsizlik vəziyyəti barədə deputatlar qarşısında çıxış edəcəklər.

Məlumata görə, iclasın qapalı keçirilməsi gözlənilir. Bu halda zala jurnalistlər və dinləyicilər buraxılmayacaq, iclasın stenoqramı isə yalnız 10 ildən sonra açıqlana biləcək. /yenisabah.az/

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
114
2
icma.az

3Источники