RU

Braziliyada futbol matçında oyunçular arasında kütləvi dava düşüb

Cebheinfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

Braziliyada "Liga Mineyro" turnirinin final matçı qalmaqalla başa çatıb.

"Report" "CNN Brasil"ə istinadən xəbər verir ki, "Kruzeyro" ilə "Atletiko Mineyro" komandaları arasında keçirilən qarşılaşmanın son dəqiqələrində meydanda kütləvi dava düşüb.

İnsident oyunun bitməsinə təxminən 30 saniyə qalmış baş verib və buna görə matç təxminən 10 dəqiqəlik dayandırılıb.

Qarşıdurmada vaxtilə Braziliya millisində çıxış etmiş futbolçu Halk da iştirak edib. O, "Kruzeyro"nun futbolçusu Lukas Romeroya arxadan yaxınlaşaraq yumruq zərbəsi endirib.

Gərgin keçən oyunda "Kruzeyro" minimal hesabla – 1:0 qalib gəlib.

Bildirilir ki, dava ilə bağlı futbolçulara verilə biləcək diskvalifikasiyalar yalnız "Liga Mineyro" turnirinə şamil olunacaq. Bu səbəbdən Halk və digər qayda pozan oyunçular Braziliya çempionatının – Braziliya çempionatının növbəti turunda oynaya biləcəklər.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
80
1
cebheinfo.az

2Источники