RU

İngiltərəli futbolçu oyun zamanı həyatla vidalaşdı

İngiltərədə futbolçu oyun zamanı dünyasını dəyişib.

Fanat.Az xəbər verir ki, hadisə ötən gün qadınların yarışında "Oksford Yunayted" və "Fulhem" komandaları arasında keçirilən matç zamanı qeydə alınıb.

"Oksford"un 15 yaşlı futbolçusu Ameliya Aplin qarşılaşma zamanı qəfil huşunu itirib. İdmançıya dərhal tibbi yardım göstərilsə də, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Klubun mətbuat xidməti Ameliyanın ailəsinə, oyunçulara, məşqçilərə və əməkdaşlara lazımi dəstək göstəriləcəyi ilə bağlı bəyanat yayıb.

Избранный
90
fanat.az

1Источники