RU

Dünya bazarlarında qızıl ucuzlaşdı

Dünya bazarlarında qızıl və digər qiymətli metalların qiymətində azalma qeydə alınıb.

Aznews.az bazar məlumatlarına istinadən verdiyi xəbərə görə, COMEX birjasında qızılın aprel fyuçerslərinin qiyməti 0,91% azalaraq 5 111,90 ABŞ dolları səviyyəsinə enib.

Spot bazarda isə qızılın qiyməti 1,12% azalaraq 5 113,83 ABŞ dolları təşkil edib.

Digər qiymətli metallarda da ucuzlaşma müşahidə olunub. Belə ki, gümüşün qiyməti 0,75% azalaraq 83,65 dollar, misin qiyməti 0,87% azalaraq 575,65 dollar, platin isə 0,61% azalaraq 2 138,80 dollar olub.

Избранный
93
5
aznews.az

6Источники