RU

Ərdoğan nazirləri toplayır: Masadakı əsas məsələ...

ain.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabineti bu gün ABŞ-İran müharibəsi ilə bağlı iclas keçirəcək. 

“Cebheinfo.az”-ın məlumatına gtörə, Prezident İqamətgahında keçiriləcək iclasda daxili və xarici siyasətdəki mühüm proseslər, xüsusilə də ABŞ-İran müharibəsi müzakirə olunacaq. 

Ərdoğanın müharibəyə son qoymaq üçün göstərdiyi diplomatik səylər, münaqişənin bölgəyə təsiri və Türkiyə iqtisadiyyatına təsiri diqqət mərkəzində olacaq. 

İrandan Türkiyə ərazisinə raketlərin atılması ilə bağlı proseslərlə yanaşı, iclasda ABŞ-ın İran rejimini devirmək üçün kürd qruplarını təşkil etməsi məsələsi də iclasın gündəliyinə daxildir. 

İrandakı bu hadisələrin “Terrorsuz Türkiyə” prosesinə təsiri, PKK terror təşkilatının silahı yerə qoymaq və dağılmaq qərarı ilə bağlı təhlükəsizlik bölmələrinin hesabatları müzakirə olunacaq.

Həmçinin, Türkiyə Böyük Millət Məclisinin Milli Həmrəylik, Qardaşlıq və Demokratiya Komissiyası tərəfindən hazırlanmış hesabata əsaslanan hüquqi tənzimləmələrə hazırlıq məsələləri də Nazirlər Kabinetində müzakirə olunacaq.

Xarici siyasət gündəliyinə həmçinin, Türkiyənin Şimali Kipr Türk Respublikasının (ŞKTR) təhlükəsizliyi ilə bağlı mərhələli planları da daxildir.

Milli Müdafiə Nazirliyinin mənbələri əvvəllər ŞKTR-nin təhlükəsizliyini təmin etmək üçün adaya “F-16” qırıcı təyyarələrinin yerləşdirilməsinin son hadisələr nəzərə alınmaqla nəzərdən keçirildiyini bildirmişdi. Bu planların hölumıtin iclasında qiymətləndiriləcəyi bildirilir.

Müşfiq Abdulla

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
75
1
cebheinfo.az

2Источники