Baku.ws saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Almaniyanın cənub-qərbində meteorit parçaları evlərə ziyan vurub.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, meteorit parçaları Almaniyanın cənub-qərbindəki Reynland-Pfalts əyalətində yaşayış binalarının damlarına çırpılıb.
Polis bildirib ki, hadisə ötən gün, yerli vaxtla saat 19:00 radələrində Güls şəhərinin Koblenz rayonuna qeydə alınıb.
"Xəsarət alan olmayıb", - deyə hüquq-mühafizə orqanlarının əməkdaşları əlavə ediblər.
Qeyd olunub ki, yanğınsöndürənlər və hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə gəlib. Zərərin qiymətləndirilməsi işləri aparılır.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.