RU

"Qonşu ölkələrə təcavüzdən ən çox uduzan İran olacaq"

Yazını böyüt
Yazını kiçilt

Səudiyyə Ərəbistanı İranın Krallığa, Körfəz Əməkdaşlıq Şurası üzvləri (KƏŞ) və digər ölkələrə qarşı davamlı təcavüz kampaniyasını pisləyərək, davam edən eskalasiyanın nəticədə İranın özünə ziyan vuracağını bildirib.

Hafta.az yazır ki, Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi bu gün verdiyi açıqlamada bildirib ki, əgər İran hücumlarını davam etdirərsə, ən ağır diplomatik, iqtisadi və strateji nəticələrə məruz qalacaq və "ən çox uduzan" tərəf olacaq.

Nazirlik hücumların "heç bir halda qəbuledilməz" olduğunu bildirib, Krallığın öz xalqını, ərazisini və suverenliyini qorumaq üçün tədbirlər görmək hüququnu bir daha təsdiqləyib.

Ər-Riyad İranın mülki hava limanlarına və neft infrastrukturuna hücumlarını pisləyib, onları beynəlxalq hüququn pozulması və regionu qəsdən qeyri-sabitləşdirmək cəhdi adlandırıb.

Bəyanatda deyilir: "Mülki hava limanlarının və neft obyektlərinin hədəfə alınması təhlükəsizlik və sabitliyi təhdid etmək əzminin nümayişindən, beynəlxalq müqavilələrin və beynəlxalq hüququn kobud şəkildə pozulmasından başqa bir şey deyil".

Nazirlik həmçinin İran prezidenti Məsud Pezeşkyanın Tehranın qonşu ölkələrə hücum etmək niyyətində olmadığını açıq şəkildə bildirdiyi son açıqlamalarına qarşı çıxıb. Nazirlik bu təminatı cəfəngiyyat adlandıraraq, İranın zərbələrinin həm çıxış zamanı, həm də çıxışdan sonra ara vermədən davam etdiyini bildirib.

Səudiyyə Ərəbistanı, İranın guya Krallığın İrana qarşı hərbi əməliyyatlarda iştirak etmək üçün öz ərazisindən qırıcı təyyarələrin və yanacaqdoldurma təyyarələrinin istifadəsinə icazə verdiyinə dair iddiasını rədd edib.

Nazirlik bildirib: "Reallıq budur ki, həmin təyyarələr Krallığın və Körfəz Əməkdaşlıq Şurasına üzv dövlətlərin hava məkanını İran raket və dronlarından qorumaq üçün hava patrulları həyata keçirir".

Избранный
72
hafta.az

1Источники