“Araz-Naxçıvan”ın baş məşqçisi Andrey Demçenkonun dünən keçirilən “Qarabağ”la oyundan sonra mətbuat konfransında işlətdiyi bir cümlə hamının diqqətini çəkdi: “Bizim futbolçuların bəziləri oynamaq istəyirdi, bəziləri yox”.
Ötən mövsüm çempionatda, yayda avrokuboklarda “Aris”ə qarşı xarakter göstərən futbolçular, belə çıxır ki, Demçenko gələndən sonra oynamaq istəmir. Açığı, ukraynalı mütəxəssis haqlıdı. Bir çox futbolçu, doğrudan da, meydanda özünü göstərməyə qətiyyən həvəsli deyil. “Qarabağ”la oyunu stadiondan izləyən “Football-plus.az”ın reportyoru oynamaq istəyən və istəməyən futbolçuların təxmini siyahısını hazırlayıb.
Oynamaq istəyənlər: Bəxtiyar Həsənalızadə, Rahil Məmmədov, Bruno Franko, Coşqun Diniyev, Patrik Andrade, Mustafa Əhmədzadə, Hamidu Keyta, Ülvi İsgəndərov.
Oynamaq istəməyənlər: Kristian Avram, Slavik Alxasov, İssuf Paro, Nuno Rodriges, Felipe Santos, Ba Muaka Simakala, Bar Kohen.
MÜZƏFFƏR QULUZADƏ
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта