RU

SENSASİYA: İranın xəritəsi dəyişəcək, parçalanma riski var…

“Son dövrlərdə İranın xəritəsinin dəyişməsi ehtimalı haqqında daha çox danışılmasının əsas səbəbi ölkə daxilində və regionda artan siyasi, hərbi və etnik gərginliklərdir. İran uzun illərdir çoxmillətli və mürəkkəb sosial struktura malik dövlətdir və son hadisələr, iqtisadi böhran, sanksiyalar, daxili etirazlar, həmçinin regionda baş verən müharibə və qarşıdurmalar bu mövzunu yenidən gündəmə gətirib”.

Bu fikirləri politoloq Züriyyə Qarayeva KONKRET.az-a açıqlamasında səsləndirib.

ABŞ

“Xüsusilə, kürd bölgələrində fəaliyyət göstərən silahlı qruplar, bəzi xarici güclərin regiondakı planları və İran daxilində mərkəzi hakimiyyətə qarşı narazılığın artması bəzi analitiklər tərəfindən ölkənin gələcəkdə siyasi-coğrafi dəyişikliklərə məruz qala biləcəyi ehtimalı ilə əlaqələndirilir”.

Politoloq qeyd edir ki, bununla belə, İranın xəritəsinin yaxın perspektivdə real şəkildə dəyişməsi hələ də çox mürəkkəb və aşağı ehtimallı ssenari hesab olunur.

“İran regionun ən böyük dövlətlərindən biridir və güclü təhlükəsizlik aparatı, böyük hərbi potensialı və mərkəzləşdirilmiş siyasi sistemi var. Tarix göstərir ki, belə dövlətlərin parçalanması adətən uzunmüddətli daxili böhranlar, ağır siyasi parçalanma və ya böyük beynəlxalq müdaxilə nəticəsində baş verir. Buna görə də hazırda bu mövzu daha çox geosiyasi müzakirələr və ehtimal ssenariləri səviyyəsində qiymətləndirilir, lakin regiondakı proseslərin necə inkişaf edəcəyindən asılı olaraq gələcəkdə fərqli dinamika yarana bilər”.

Müşviq Tofiqoğlu
KONKRET.az

Избранный
56
konkret.az

1Источники