RU

Azərbaycanlı güləşçi erməni rəqibini məğlub edib

Serbiyanın Zrenyanin şəhərində güləş üzrə U-23 Avropa çempionatı start götürüb.

İdman.Biz xəbər verir ki, bu barədə Güləş Federasiyası məlumat yayıb.

Bildirilib ki, 97 kq çəki dərəcəsində ölkəmizi təmsil edən güləşçimiz Zəfər Əliyev ermənistanlı Qurqen Simonyanı 6:2 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib.

Bundan əlavə ölkəmizi təmsil edən 57 kq-da Vasif Bağırov fransalı Rasul Qalburayevə "tuş"la qalib gələrək yarımfinala vəsiqə əldə edib.

65 kq çəki dərəcəsində mübarizə aparan Musa Ağayev italiyalı rəqibi Mattia Bientinesiyə tam üstünlüklə (10:0) qalib gələrək 1/4 finala yüksəlib. Lakin o, bu mərhələdə belaruslu Maqomedxan Maqomedxanova 4:7 hesabı ilə məğlub olaraq yarışı dayandırıb.

70 kq-da Ramik Heybətov polşalı Daniel Kulçinskiyə 9:4 hesabı ilə qalib gələrək adını 1/4 finala yazdırıb.

79 kq çəki dərəcəsində Səbuhi Əmiraslanov belaruslu Aleksandr Viarbitski üzərində 11:4 hesablı qələbə qazanaraq növbəti mərhələyə yüksəlib.

Qeyd edək ki, U-23 Avropa çempionatı martın 15-nə qədər davam edəcək.

Избранный
90
2
day.az

3Источники