RU

Misir bölgənin genişmiqyaslı xaosa sürüklənə biləcəyi barədə xəbərdarlıq edib

Bakı. Trend:

Misir Xarici İşlər Nazirliyi bölgədə artan gərginliklə bağlıxəbərdarlıq edərək, ərəb ölkələrinin suverenliyini hədəf alanhücumların dayandırılmasına çağırış edib.

Trend xariciKİV-ə istinadən xəbər verir ki, nazirliyin açıqlamasına görə,ölkənin xarici işlər naziri Bədr Abdulati Birləşmiş ƏrəbƏmirlikləri, Küveyt, İtaliya, Belçika və Lüksemburqdan olanhəmkarları ilə telefon danışıqları aparıb.

Söhbətlər zamanı regionda baş verən son hadisələr və təhlükəlihərbi gərginlik fonunda mövcud vəziyyət müzakirə olunub.

Abdulati bildirib ki, gərginliyin azaldılması və siyasi dialoqunbaşlanması üçün həm regional, həm də beynəlxalq səylərartırılmalıdır.

Misir rəsmisi hərbi əməliyyatların genişlənməsi riskinə diqqətçəkərək bunun bütün regionun təhlükəsizliyi və sabitliyi üçün cidditəhdid yaratdığını vurğulayıb.

O, həmçinin ərəb ölkələrinin suverenliyini hədəf alan hücumlarıqəti şəkildə rədd etdiklərini bildirib. Abdulati hücumların dərhaldayandırılmasının və regionun genişmiqyaslı xaosa sürüklənməsininqarşısının alınmasının vacibliyinə diqqət çəkib.

Məqalədə:
Избранный
94
2
az.trend.az

3Источники