Azərbaycan II Liqası növbəti turunda bu gün saat 15:00-da başlamalı olan “Şəmkir” – “Xankəndi” qarşılaşması gecikir.
İdmanxeber.az-ın məlumatına görə, buna səbəb komandaların formalarının oxşar olmasıdır. Forma rənglərinin eyni olması səbəbindən hakim matçın startına hələlik icazə verməyib.
Bildirilir ki, məsələ ilə bağlı tədbir görülür və komandaların alternativ forma ilə meydana çıxaraq problemi aradan qaldıracağı gözlənilir.
Matçın son vəziyyəti ilə bağlı əlavə məlumat veriləcək.