RU

Brüsseldə qalmaqal: 9 diplomat Lyayenə qarşı birləşdi

Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayen ABŞ və İsrailin İrana qarşı kampaniyasının ilk günlərində səlahiyyətlərini aşdığı üçün tənqid atəşinə tutulub.

Publika.az xəbər verir ki, bu barədə “Politico” mənbələrinə istinadən məlumat yayıb.

Avropanın həm kiçik, həm də böyük ölkələrini təmsil edən doqquz diplomat, AK sədrinin diplomatik səlahiyyətlərini aşmasını kəskin tənqid ediblər.

Onun İran böhranı ilə bağlı hərəkətlərindən doğan narazılıq digər xarici siyasət məsələlərinə dair tənqidlər fonunda yaranıb. Buraya Avropa Komissiyasının Ukraynanın Aİ-yə daxil olmasını sürətləndirmək səyləri və fon der Lyayenin ABŞ prezidenti Donald Tramp tərəfindən yaradılmış “Sülh Şurası”na yanaşması daxildir.

Xüsusilə, AK rəhbəri Fars körfəzi dövlətlərinin başçılarına etdiyi zənglərə görə tənqid olunur. Avropa Parlamentinin Xarici İşlər Komitəsinin üzvü Natali Luazo bildirib ki, fon der Lyayenin sözlərinin şəxsi bəyanatından başqa heç bir dəyəri yoxdur.

Избранный
113
publika.az

1Источники