RU

Yanvar ayında Azərbaycanda debet kartları ilə əməliyyatlar artıb

Bakı. Trend:

2026-cı ilin yanvar ayında Azərbaycanda debet kartlarındanistifadə etməklə həyata keçirilən əməliyyatların sayı 205,3 milyonədəd təşkil edib, onların ümumi həcmi isə 10,573 milyard manataçatıb.

Trend Bu barədəAzərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, 2025-ci ilin yanvar ayının göstəriciləri iləmüqayisədə əməliyyatların sayı 39,4 milyon və ya 23,8% artıb,onların ümumi həcmi isə 1,056 milyard manat və ya 11,1%yüksəlib.

2025-ci ilin yanvar ayında debet kartları ilə həyata keçirilənəməliyyatların sayı 165,8 milyon, onların ümumi həcmi isə 9,517milyard manat olub.

Qeyd edək ki, cari ilin yanvar ayına olan məlumata görə,Azərbaycanda bankların və “Azərpoçt” ASC-nin sistemləri vasitəsilədövriyyədə olan ödəniş kartlarının sayı əvvəlki ayla müqayisədə 176min artaraq 22 milyon 156 min ədəd təşkil edib.

2025-ci ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 11%artıb.

Məqalədə:
Избранный
102
2
az.trend.az

4Источники