Bakivaxti portalından verilən məlumata əsasən, ain.az bildirir.
Avropa İttifaqının (Aİ) sanksiya siyahısında İranın yeni Ali rəhbəri Müctəba Xameneinin adı yoxdur.
Bakıvaxtı.az xəbər verir ki, bunu Aİ-nin Xarici İşlər Xidmətinin sözçüsü Ənvər əl-Anuni bildirib.
“Aİ-nin sanksiya siyahısı nəzərdən keçirilməyə açıqdır. Müctəba Xamenei Avropanın sanksiyalarına məruz qalmayıb”, - o deyib.
Əl-Anuni xatırladıb ki, sanksiya siyahısına əlavələrlə bağlı qərar Aİ Şurasının məsuliyyətində olan məsələdir və bütün 27 üzv dövlət tərəfindən yekdilliklə qəbul edilir.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.