RU

Şok proqnoz: neft 215 dollara qalxa bilər

Yaxın Şərqdə artan hərbi gərginlik dünya neft bazarında ciddi narahatlıq yaradıb. Analitiklərin fikrincə, regionda eskalasiya davam edərsə, neftin qiyməti rekord səviyyəyə qədər yüksələ bilər.

Musavat.com “The Wall Street Journal” nəşrinə istinadən xəbər verir ki, son beş ticarət sessiyası ərzində neftin bir barelinin qiyməti artıq 40 dollardan çox artıb. Ekspertlər xəbərdarlıq edirlər ki, regionda münaqişənin genişlənməsi və xüsusilə strateji nəqliyyat marşrutlarında risklərin artması bazarda kəskin bahalaşmaya səbəb ola bilər.

Hazırda WTI markalı neft üzrə bütün zamanların rekord qiyməti 2008-ci ildə qeydə alınıb və bir barel üçün 145,29 dollar təşkil edib. Lakin analitiklər hesab edirlər ki, Hörmüz boğazı vasitəsilə neft tədarükünün uzun müddət dayanması halında qiymətlər daha da yüksələ bilər.
Ekspertlərin proqnozlarına görə, belə bir ssenaridə neftin qiyməti inflyasiya ilə hesablandıqda təxminən 215 dollar/barel səviyyəsinə qədər arta bilər.

Qeyd edək ki, Hörmüz boğazı dünya neft ticarətinin ən strateji marşrutlarından biri hesab olunur və qlobal neft tədarükünün böyük hissəsi məhz bu marşrut vasitəsilə daşınır. Regionda baş verən hər hansı hərbi toqquşma isə bazarlarda ciddi qiymət dalğalanmalarına səbəb olur.

Afaq Mirayiq,
Müsavat.com

Избранный
118
musavat.com

1Источники