RU

Bəzi kişilər həyat yoldaşlarını buna görə işləməyə qoymur — İLGİNC SƏBƏBLƏR

Cəmiyyətdə bəzən belə hallarla rastlaşırıq ki, bəzi kişilər özləri az maaş qazansalar belə həyat yoldaşlarının işləməsinə razı olmurlar. Bu yanaşma ailə büdcəsinə əlavə gəlir imkanını məhdudlaşdırmaqla yanaşı, qadınların özünüreallaşdırma və sosial aktivlik imkanlarına da təsir edir. Belə vəziyyətlərin arxasında çox vaxt psixoloji, mədəni və ya stereotip yanaşmalar dayanır.

Bunun səbəbləri nədən qaynaqlanır və ailədaxili münasibətlərə necə təsir edir?

Mövzu ilə bağlı KONKRET.az-a danışan psixoloq Dilruba Həsənova deyib:


“Bəzi kişilər özlərini ailənin əsas təminatçısı kimi görür və qadının işləməsini sanki bu rolun zəifləməsi kimi qəbul edirlər. Bu isə bəzən daxildə olan güvənsizlik, özünü yetərsiz hiss etmə və ya nəzarəti itirmə qorxusu ilə bağlı ola bilər”.

Psixoloqun sözlərinə görə, digər tərəfdən, cəmiyyətdə uzun illər formalaşmış stereotiplər də bu düşüncəni gücləndirir. Ənənəvi modeldə kişinin işləməsi, qadının isə daha çox ev və uşaq qayğıları ilə məşğul olması normal qəbul edildiyi üçün bəzi ailələrdə bu yanaşma dəyişməz qayda kimi qalır.

“Mental və mədəni baxışlar da təsir edir; bəzən qadının iş mühitində olması qısqanclıq, sosial təsir və ya nəzarət məsələsi kimi qəbul olunur. Nəticədə, bu yanaşma ailədaxili münasibətlərə də mənfi təsirini göstərir. Qadın öz potensialını reallaşdıra bilmədikdə, zamanla narazılıq, dəyərsizlik hissi və psixoloji gərginlik yarana bilər. Hansıki, sağlam münasibətdə əsas olan tərəflərin bir-birinin inkişafını dəstəkləməsi və ailə həyatını birgə anlaşma üzərində qurmasıdır, – deyə Dilruba Həsənova əlavə edib.

“Yuxarıda qeyd etdiyimiz kimi mental dəyərlərlə yaşayan bir cəmiyyətdə hər zaman steriotipler olub. Bu, kollektiv şüura gətirib çıxarır. Bele cəmiyyətlərdə azad düşüncəli insanlar az olduğu üçün insanların şəxsi istəkləri görməzdən gəlinir. İndiki dövrdə adət-ənənələrin əvvəlki kimi qınaq formasında olmadığı üçün işləyən qadınların sayı çoxalıb. Qınağın azalmasının bir səbəbi də geniş ailə modelinin öz yerini modern ailəyə verməsidir. Eyni zamanda qohum münasibətlərinin soyuması da ailələrə öz təsirini göstərir”, – deyən psixoloq sonda vurğulayıb.

Dəniz Pənahova


Избранный
104
2
azia.az

3Источники