RU

Putin İranın yeni prezidentini təbrik edib

Rusiya Prezidenti Vladimir Putin İranın ali lideri seçilməsi münasibətilə Müctəba Xameneini təbrik edib.
ONN media xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
“İran silahlı təcavüzlə üzləşdiyi bir vaxtda sizin bu vəzifədəki fəaliyyətiniz cəsarət və fədakarlıq tələb edir. Atanızın işini şərəflə davam etdirəcəyinizə və çətinliklər qarşısında İran xalqını birləşdirəcəyinizə əminəm. Rusiya İslam Respublikasının etibarlı tərəfdaşı olub və bundan sonra da olacaq”, - Putin bildirib.
Qeyd edək ki, ötən gün Ekspertlər Şurası M.Xameneini yeni ali rəhbər seçib. M.Xameneinin atası, İranın sabiq ali rəhbəri Əli Xamenei 28 fevralda ABŞ və İsrailin zərbələri ilə öldürülüb.
Избранный
100
onn.az

1Источники