ain.az, Cebheinfo portalına istinadən məlumat verir.
İrandakı neft emalı zavodlarına edilən hücumlardan sonra atmosferdə zəhərli bulud əmələ gəlib.
Bulud tədricən başqa ölkələrə, xüsusilə Orta Asiya ölkələrinə və Çinə doğru hərəkət edir.
“Cebheinfo.az” xəbər verir ki, qeyri-adi çirklənmiş buludun neft anbarlarına və emalı zavodlarına edilən hücumlardan bir neçə gün sonra ortaya çıxdığı bildirilir.
Bu, artıq region sakinləri arasında narahatlıq doğurub. İlkin məlumatına görə, potensial olaraq Özbəkistan, Qazaxıstan və Qırğızıstana təsir göstərə bilər.
Bu arada, “Kazhydromet” monitorinq mərkəzinin məlumatlarına görə, hələlik bu cür çirklənmənin Qazaxıstana və ya Orta Asiya ölkələrinə doğru hərəkət etməsi ilə bağlı heç bir əlamət qeydə alınmayıb. “Özhydromet” isə bildirib ki, bu məlumatın heç bir elmi əsası yoxdur.
Qırğızıstanın dövlət qurumları hələlik İrandakı vəziyyətin ölkənin atmosferinə mümkün təsiri ilə bağlı şərh verməyib. Çindən də müvafiq məlumat hələlik yoxdur.
Xəzər
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.