RU

BMT nin Livan üzrə xüsusi koordinatoru İsrailə səfər edib

ain.az, Cebheinfo portalına istinadən məlumat yayır.

BMT-nin Livan üzrə xüsusi koordinatoru Janin Hennis-Plasshart regionda döyüş əməliyyatlarının kəskinləşməsi fonunda İsrailə rəsmi səfər edib.

"Cebheinfo.az" "Report"-a istinadən xəbər verir ki, bu barədə "The Times of Israel" məlumat yayıb.

Qeyd olunub ki, o, səfər çərçivəsində İsrail rəhbərliyi ilə görüşməyi və Livanın cənubunda yeganə silahlı qüvvə kimi yalnız bu ölkənin Silahlı Qüvvələrinin qalmasını nəzərdə tutan BMT Təhlükəsizlik Şurasının qətnaməsinə tam riayət olunması zərurətini müzakirə etməyi planlaşdırır.

Daha əvvəl bildirilmişdi ki, İsrail Müdafiə Ordusu "Hizbullah" qruplaşmasının üzvlərini aşkar və məhv etmək üçün Livanın cənubunda məhdud reydə başlayıb. Öz növbəsində, yaranmış vəziyyətlə əlaqədar olaraq Livan parlamenti ilkin olaraq may ayına planlaşdırılmış qanunverici orqana seçkiləri iki il müddətinə təxirə salmaq qərarına gəlib.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
49
2
cebheinfo.az

3Источники