ain.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bu gün Naxçıvana uçuş edən zaman eşitdik ki, artıq reyslərimiz, ənənəvi qaydada bərpa olunub. Sevincimizin həddi-hüdudu yoxdur. Prezidentimizə, Naxçıvana və naxçıvanlılara göstərdiyi diqqətə, qayğıya görə sonsuz minnətdarlığımızı bildiririk. İnşallah xalqımız bir də belə hadisələrlə rastlaşmaz.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Bakı-Naxçıvan-Bakı reysi bərpa olunduqdan sonra bu reyslə Naxçıvana gələn ilk sərnişinlərdən biri Natəvan Hüseynova deyib.
"Martın 6-da Bakıda hüzur yerinə iştirak etmək üçün Naxçıvan-Bakı reysi ilə uçuş edəcəkdim. Lakin məlum səbəblərə görə həmin reys təxirə salındı. Biz qardaş Türkiyənin İğdır hava limanı vasitəsilə Bakıya uçuş etdik. İğdırda da onları çox səmimi, mehriban şəkildə qarşılayıb yola salıblar", - deyə Natəvan Hüseynova bildirib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.