RU

Azərbaycan MN: Türkiyəyə raket hücumu regional sülh və təhlükəsizliyə ciddi təhdiddir

Newscenter.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Azərbaycan Müdafiə Nazirliyi (MN) Türkiyə ərazisinə qarşı həyata keçirilən və Qaziantep üzərində zərərsizləşdirilmiş raket hücumunu qətiyyətlə pislədiyini bəyan edib.Newscenter.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin yaydığı bəyanata qeyd olunub.Bildirilib ki, bu cür əməllər regional sülh və təhlükəsizlik üçün ciddi təhdid yaradır və qəbuledilməzdir:"Biz qardaş Türkiyə ilə tam həmrəyliyimizi ifadə edirik. Türkiyə əhalisinin və ərazisinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində səylərinə dəstək veririk.Azərbaycan Türkiyənin yanında qətiyyətlə dayanır", - deyə MN-in bəyanatında vurğulanıb.Qeyd edək ki, İrandan atılaraq Türkiyə hava məkanına daxil olan ballistik raket Şərqi Aralıq dənizində yerləşən NATO hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub.Anar

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
99
8
newscenter.az

10Источники